24 iyul, 2020

Səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

24 avqust 2020-ci il tarixi, saat 11:00-də “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Növbədənkənar ümumi yığıncağın gündəliyində duran məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının tərkibində dəyişiklik edilməsi məsələsinin müzakirəsidir.

Səhmdarlar növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə müvafiq materiallarla cəmiyyətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küç., “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində tanış ola bilərlər.

Ümumi yığıncaq “Azərbaycan Sənaye Sığorta” ASC-nin  Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küç., 122 “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində keçiriləcəkdir.