Sığorta hadisəsi
Hörmətli zərərçəkənlər, sığortalılar və faydalanan şəxslər,
Hadisə baş verdikdə (+99412) 404 13 03 telefon nömrəsi ilə əlaqə saxlamalı və aşağıdakı məlumatlar mütləq şəkildə verilməlidir:
- Hadisənin tarixi və vaxtı;
- Çağırışın tarixi və vaxtı;
- Hadisənin baş verdiyi ərazi;
- Zərər dəymiş əmlak barədə məlumat.
Qəza komissarı müştəri ilə əlaqə saxlayır, hadisə yerini, digər zəruri məlumatları dəqiqləşdirir, hadisə yerini tərk etməməyi, səlahiyyətli dövlət orqanı gələnədək avtomobilləri hadisə yerindən çəkməməyin zəruriliyini bildirir və mümkün olduğu halda hadisə yerinə çıxış edir. Hadisə yerinə çıxış edilmədikdə isə müştəriyə görməli olduğu hərəkətlər, DYP-yə və ya digər səlahiyyətli dövlət orqanına xəbər verilməsi və yığılmalı sənədlər barədə məlumat verilir;
Hadisə yerinin, zədələnmiş əmlakın, müvafiq sənədlərin, yaxınlıqdakı obyektlərin və kameraların fotoşəkilləri çəkilməli və claim@aiic.az və ya bildiriləcək e-mail ünvanına göndərilməlidir;
Hadisə iştirakçılarının sərxoşluq vəziyyətinin, narkotik və ya psixotrop vasitə qəbulu faktının müvafiq tibb müəssisəsində yoxlanılmasının vacibliyi bildirilir;
Zərərə məruz qalmış avtomobil zərurət yarandığı halda hadisə yerindən "Qafqaz Ticarət" MMC-yə, sığorta şəhadətnaməsində təmir müəssisəsi ilə əlaqədar xüsusi qeyd olduğu halda isə, həmin qeydə müvafiq olan təmir müəssisəsinə yönləndirilir;
Qeyd:
Xüsusi karantin müddətində sığortalı tərəfindən foto və video çəkiliş aparılması qaydaları:
Avtomobilin 5 tərəfdən (ön, arxa, sol, sağ, dam) şəkillərinin çəkilməsi;
Açıq vəziyyətdə kapot və baqaj (ehtiyat təkəri), salon, yürüş, ban, zədələnmiş hissələrin (disk və şinlər zədələndiyi halda) ətraflı çəkilməsi;
Avtomobil maneə (darvaza, dirək, daş, qum və s.) ilə toqquşduğu halda, maneə şəkillərinin ətraflı çəkilməsi.