Haqqımızda

“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onu hüquqi varisidir.

2008-ci ilin sonunda müvafiq çıxarışa əsasən cəmiyyətin təşkilati-hüquqi forması dəyişdirilərək “Açıq Səhmdar Cəmiyyət” olmuşdur.

125 000 ABŞ dolları həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən cəmiyyətin nizamnamə kapitalı 24 may 2010-cu il tarixində 4 000 000 manata çatdırılmışdır.

28 iyun 2012–ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən “Azərbaycan Sənaye Sığorta” ASC-yə icbari sığorta növləri üzrə fəaliyyət göstərilməsinə icazə verilmişdir. Beləliklə, cəmiyyət İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilmişdir.

12 dekabr 2012-ci il tarixində Cəmiyyətin nizamnamə kapitalı artaraq 8 160 000 manata çatdırılmışdır.

29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmlərinin 95% “Anadolu Investment Company”MMC-yə, 5%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur. 26 dekabr 2014-cü il tarixində cəmiyyətin nizamnamə kapitalı kеçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına artaraq 11 000 000 manata çatdırılmış, həmçinin ingilis dilində tam rəsmi adı dəyişdirilərək “Azerbaijan Industrial Insurance” AII olmuşdur.

Azərbaycan Sənaye Sığorta ASC 2016-cı ildə “Global Brands Magazine” tərəfindən “Best Non-Life Insurance Company-Azerbaijan 2016”, “Best Non-Life Insurance Company-Azerbaijan 2017”, “Most Trusted Insurance Brand - Azerbaijan 2018”, “Finance Digest Magazine” tərəfindən isə “Brand of Business Excellence-Azerbaijan 2016” və 2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyorluğu” beynəlxalq və yerli mükafatlarına layiq görülmüşdür. 2023-cü ildə Caspian Energy Club tərəfindən “İlin sığorta şirkəti” nominasiyası ilə təltif olunmuşdur.

Cəmiyyət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nə təsisçi, “İcbari Sığorta Bürosu”, “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası”” kimi təşkilatlarda üzv qismində təmsil olunur.

Beynəlxalq ve yerli mükafatlar

best-non

Best Non - Life İnsurance Company

2016

brand

Brand of Business Excellence

2016

insurance

Best Non - Life İnsurance Company

2017

partnyoru

Şəffaf Vergi Partnyoru

2017

trusted

Most Trusted Insurance Brand - Azerbaijan

2017

Tərəfdaşlarımız

aiic-aznar
aiic-bakutv
aiic-park-bulvar
aiic-lv
aiic-qartal-tikinti
aiic-teleradio
aiic-maersk
aiic-bark-mmc
aiic-emsa
aiic-tekfen
aiic-azsersun
aiic-serq---qerb
aiic-accessbank
aiic-tudors
aiic-aas---ate
aiic-abu
aiic-fairmont
aiic-aa-service
aiic-seloil
aiic-adra
aiic-avs
aiic-flo
aiic-dreamland
aiic-bdo
aiic-siyezen-toyuq
aiic-sabis-sun
aiic-milli-kart
aiic-faktor
aiic-knauf
aiic-bazar-store
aiic-dim
aiic-auto