17 sentyabr, 2026
Azərbaycan Sənaye Sığorta Şirkəti müştəri məmnuniyyətində lider mövqeyini iki ildir ki qoruyur
Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm yayımladığı avto-icbari sığorta üzrə şikayət indeksi hesabatlarına görə, Azərbaycan Sənaye Sığorta Şirkəti ən az şikayət olunan sığortaçı olaraq qeydə alınıb. Bu göstərici üzrə liderlik 2024-cü ilin avqust ayından etibarən ardıcıl olaraq davam edir.
Şirkətin marketinq siyasətinin əsası hadisə nəticəsində zərər çəkmiş insanların məmnuniyyətidir. Müştəri məmnuniyyətinin əsas səbəbi ödənişlərin vaxtında və şəffaf şəkildə həyata keçirilməsidir.
Bu il 30 yaşını qeyd edən Azərbaycan Sənaye Sığorta Şirkəti yüz mindən artıq müştəriyə xidmət göstərməkdədir.
Digər xəbərlər
Bütün xəbərlər