5 dekabr, 2019

“Azərbaycan Sənaye Sığorta”ASC-nin birinci yarımil üzrə maliyyə göstəriciləri

Azərbaycanın qeyri-həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “Azərbaycan Sənaye Sığorta” 2019-cu ilin yanvar-iyun ayları üzrə maliyyə göstəricilərini açıqlayıb. Altı aylıq hesabatın nəticələrinə əsasən, şirkətin ümumi sığorta haqqı yığımları 2 668 351 milyon manat, sığorta hadisələrinə görə ödənişlər isə 1 008 909 manat təşkil etmişdir.

Göstərilən dövr ərzində ən çox sığorta ödənişi könüllü tibbi sığorta, avtonəqliyyat vasitələrinin kompleks sığortası və icbari avtomobil sığortası növləri üzrə olmuşdur. 

Hesabat dövründə şirkətin balans mənfəəti ötən dövr ilə müqayisədə 9,7% çox olub.

Сari ilin iyul ayının 1-nə nizamnamə kapitalının həcmi 11 milyon manat təşkil edən “Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı ilin dekabr ayından fəaliyyət göstərir. Şirkət 29 könüllü və 4 icbari növ üzrə müştərilərə sərfəli şərtlərlə müxtəlif sığorta məhsulları təklif edir. Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir.