3 mart, 2021

“Azərbaycan Sənaye Sığorta”ASC-də 62 % artım

Azərbaycanın qeyri-həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “Azərbaycan Sənaye Sığorta”  ASC 2020-ci il üzrə 9 077 147 manat məbləğində sığorta haqqı yığılmışdır. Bu məbləğin 4 599 150 manatı könüllü, 4 477 997 manatı isə icbari sığorta növlərinin payına düşür.

 Beləliklə, “Azərbaycan Sənaye Sığorta” 2019-cu il ilə müqayisədə sığorta yığımlarında  62%  artım olmuşdur. Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko növləri, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası və icbari avtomobil növlərini əhatə edir.

Həmçinin, hesabat dövründə müxtəlif sığorta hadisələrinə görə 2 145 432 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir.  

Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş tədbirlər şirkətin maliyyə nəticələrinə müsbət təsir göstərmişdir. Belə ki, şirkətin mənfəəti ötən il ilə müqayisədə 2,6 dəfə artmışdır.