5 aprel, 2020

“Azərbaycan Sənaye Sığorta” ASC-nin yığımları artır

Cari ilin 3 ayı ərzində ümumilikdə 3 130 945 manat məbləğində sığorta haqqı yığılmışdır. Bu məbləğin 2 483 966 manatı könüllü, 646 979 manatı isə icbari sığorta növlərinin payına düşür.

Artım könüllü sığortada əsasən tibbi, əmlak və kasko növləri, icbari sığortada isə daşınmaz əmlakın icbari sığortası, icbari avtomobil və yaşıl kart növlərini əhatə edir.

Beləliklə, sığorta yığımlarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 645 714 manat (110%) artım olmuşdur.

Həmçinin, hesabat dövründə müxtəlif sığorta hadisələrinə görə 472 303 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir. 2019-cu ilin I rübündə isə bu rəqəm 305 117 manat təşkil etmişdir.

“Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı  ildən fəaliyyətdədir. 29 könüllü, 4 icbari olmaqla, 33 növ üzrə sığorta xidməti göstərir. “İcbari Sığorta Bürosu” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur. “Azərbaycan Sənaye Sığorta” ASC-nin xidmət şəbəkəsinə 8 nümayəndəlik və 30-dan çox satış ofisi daxildir.