25 dekabr, 2023

“Azərbaycan Sənaye Sığorta”ASC “İlin Sığorta şirkəti” seçildi

Caspian Energy Club tərəfindən Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təntənəli ziyafət, həmçinin 10. Beynəlxalq Caspian Business Award mükafatının təltifetmə mərasimi keçirilib. 

“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Caspian Energy Club-ın üzv şirkətlərinin top-menecer və nümayəndələri iştirak ediblər.

“Azərbaycan Sənaye Sığorta”ASC sığorta sahəsində uğurlu fəaliyyətinə görə, Caspian Energy Club tərəfindən “İlin sığorta şirkəti” nominasiyası ilə təltif olunub. Mükafat şirkətin İdarə heyətinin sədri Orxan Əfəndiyeva təqdim olunub. Orxan Əfəndiyev şirkətin son illərdəki fəaliyyəti, uğurları və gələcək planları ilə bağlı tədbir iştirakçılarına qısa məlumat verib. 

1996-cı ildən fəaliyyət göstərən, “Azərbaycan Sənaye Sığorta” ASC bütün regionlarda nümayəndəliklərlə təmsil olunur. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nə təsisçi, “İcbari Sığorta Bürosu”, “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlara üzv olan “Azərbaycan Sənaye Sığorta” ASC fəaliyyətini Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş şüarı altında uğurla davam etdirir.