12 sentyabr, 2025

Azərbaycan Sənaye Sığorta Şirkətindən Bilik Gününə özəl KASKO kampaniya!

15 Sentyabr – Bilik Günü münasibətilə, Azərbaycan Sənaye Sığorta Şirkəti avtomobil sahibləri üçün xüsusi şərtlərlə KASKO sığortası kampaniyasına start verir. Yeni tədris ilinin başlanması ilə yollarda nəqliyyat hərəkətinin intensivləşməsi və yol təhlükəsizliyi risklərinin artması nəzərə alınaraq hazırlanan bu kampaniya, sürücülərin maliyyə təhlükəsizliyini gücləndirməyi və sığortalı nəqliyyat vasitələrinin sayını artırmağı hədəfləyir.

15 -25 sentyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində Kasko sığortası alan müştərilərimizə avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası hədiyyə olaraq təqdim olunur.

Kasko sığortasının əsas üstünlükləri:

· Qəza və digər hadisələr zamanı avtomobilə dəyən zərərlərin ödənilməsi;

· Oğurluq, yanğın və digər risklərə qarşı etibarlı müdafiə;

· Sığorta hadisələrinin sürətli və şəffaf şəkildə tənzimlənməsi.

Azərbaycan Sənaye Sığorta Şirkəti olaraq məqsədimiz, sürücülərin yollarda qarşılaşa biləcəkləri riskləri minimuma endirmək və onları tam sığorta müdafiəsi ilə təmin etməkdir.

Ətraflı məlumat: Telefon: 012 404 13 03 E-mail: sales@aiic.az

Azərbaycan Sənaye Sığorta Şirkəti – Sizin etibarlı sığorta tərəfdaşınız!