24 aprel, 2026

Azərbaycan Sənaye Sığorta Şirkəti ekoloji təşəbbüsə töhfə verib

24 aprel 2026-cı il tarixində Azərbaycan Sənaye Sığorta Şirkətinin əməkdaşları Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və maliyyə sektoru assosiasiyaları arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi vasitəsilə ekoloji tarazlığın bərpasına töhfə verməkdir.

Bu ilin aksiyası çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilərək ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin genişləndirilməsinə dəyərli töhfə verilib. 

Azərbaycan Sənaye Sığorta Şirkəti korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, ekoloji layihələrə və ətraf mühitin mühafizəsinə yönəlmiş təşəbbüslərdə iştirakını gələcəkdə də davam etdirməyi nəzərdə tutur.