10 iyul, 2025

Azərbaycan Sənaye Sığorta Şirkəti Müştəri Məmnuniyyətində Sektor Lideridir!

Azərbaycan Sənaye Sığorta Şirkəti, ölkə sığorta bazarında öz etibarı və yüksək xidmət keyfiyyəti ilə seçilməyə davam edir. 130000-dən çox müştəriyə xidmət göstərən şirkət, illik təxmini 30000 sığorta hadisəsini peşəkarlıqla və operativ şəkildə tənzimləyir.

Azərbaycan Respublikası Mərkəzi Bankının son bir il üçün açıqladığı rəsmi statistikaya əsasən, Azərbaycan Sənaye Sığorta Şirkəti ölkədə avtomobillərin icbari sığortası üzrə ən az şikayət olunan sığorta şirkəti kimi qeydə alınıb. Bu nəticə, müştəri məmnuniyyətinin şirkətin fəaliyyətində prioritet olduğunu və xidmət keyfiyyətinin yüksək səviyyədə təşkil edildiyininin göstəricisidir. 

Şirkət fərdi və korporativ müştərilərə avtomobil, əmlak, səyahət, tibbi və digər sığorta növləri üzrə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Həmçinin, geniş nümayəndəlik şəbəkəsi ilə Bakı şəhəri ilə yanaşı, regionlarda yaşayan əhalinin də sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını və baş verən sığorta hadisələri zamanı peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmət göstərilməsini təmin etməkdədir.

Azərbaycan Sənaye Sığorta Şirkətinin təqdim etdiyi sığorta məhsullarından faydalanın, peşəkar xidmət əldə edin!

Əlaqə vasitələri:

Tel. (+99412) 404 13 03 

E-mail: info@aiic.az

www.aiic.az