25 aprel, 2025
“Azərbaycan Sənaye Sığorta” Şirkəti Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyasında iştirak edib!
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u imzalanmışdır.
Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 (yüz min) ağac olmaqla, ümumilikdə 1 000 000 (bir milyon) ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.
Təşəbbüsün davamı olaraq, “Azərbaycan Sənaye Sığorta” Şirkətinin rəhbərliyi və əməkdaşlarından ibarət heyət 25 aprel 2025-ci il tarixində Müşfiqabad qəsəbəsində yerləşən ərazidə təşkil edilən ağacəkmə tədbirinə qoşularaq, torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkiliblər. Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Digər xəbərlər
Bütün xəbərlər