“Azərbaycan Sənaye Sığorta”ASC-də  “Novruz” kampaniyası

“Azərbaycan Sənaye Sığorta”ASC-də “Novruz” kampaniyası

19 Mart, 2021

“Azərbaycan Sənaye Sığorta” sevinc və bərəkət rəmzi olan milli bayramımız “Novruzu” daha xoş əhval-ruhiyyəli və yadda qalan etmək üçün kampaniyaya start verdi. Belə ki, kampaniya çərçivəsində kasko, səfər, əmlak, yük və bütün növ məsuliyyət sığortalarını əldə etmək istəyən şəxslər 20%-dək endirimdən yararlanmaq imkanı qazanırlar. 

Bununla yanaşı, şirkət avtomobil sığortasının ən aktual növlərindən biri olan Kasko sığortanı indi daha əlçatan şərtlərlə təklif edir. “Azərbaycan Sənaye Sığorta”ASC-dən Kasko sığorta almaqla aşağıdakı üstünlüklərə sahib olmaq mümkündür. 

  • İndividual kasko təklifləri;
  • 0-manatdan başlayan azadolma;
  • Xaricdə təminat;
  • Evakuasiya xidməti;
  • Təmir müddəti ərzində müştərinin avtomobil ilə təmin olunması;
  • Hissəli ödəniş;
  • Online sifariş;
  • Sənədlərin toplanması və s.

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq  və bərəkətin simvolu olan ruzi dolu bir bayram diləyi ilə. Bahar bayramınız mübərək!