Qəza Komissarı (Qarabağ İqtisadi zonası)

30.04.2022

Vakansiya haqqında

Qəza komissarı (Qarabağ iqtisadi zonası) Qəbul edilmiş hadisə barədə məlumatı araşdırmaq; hadisə yerinə çıxış etmək, hadisənin foto və video çəkilişlərini aparmaq; yol nəqliyyat hadisəsi zamanı sürücülərin kimliyini, nəqliyyat vasitəsini həqiqətən də onların idarə etdiyini, istifadə üçün bütün sənədlərinin olub olmamasını, sığorta şəhadətnaməsini yoxlamaq; hadisə barədə ətraflı məlumat əldə etmək üçün DYP və digər dövlət qurumları ilə əlaqə saxlamaq; sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın (Forma 4 və ya digəri) göndərilməsi ilə əlaqədar səlahiyyətli dövlət orqanına (DYP və s.) sorğu göndərmək və s.;

Orta və ya ali təhsilli olmalı;
Aidiyyatı sahədə iş təcrübəsi olması üstünlükdür;
B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
Şəxsi avtomobili olmalı;
Ünsiyyətcil, işgüzar, analitik düşüncə tərzi, kollektivdə işləmək qabiliyyəti olmalıdır.

İş saatı:

Həftə içi 5 gün, 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Qəza komissarı (Qarabağ iqtisadi zonası)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya https://hr.azersun.com/  saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər. Son müraciət tarixi 10.01.2023