Mühasib

10.01.2023

Vakansiya haqqında

Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır); Mühasib kimi 1 il iş təcrübəsi; Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli; MS Office, 1C, BTP, EVHF hesabatları yaxşı səviyyədə bilməli; ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə çalışa bilməli.

Vergi, statistika və DSMF hesabatların hazırlanması; Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və təqdim edilməsi; Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi; Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi. Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması.

İş saatı:Həftə içi 5 gün, 09:00-18:00

İş yeri:Baş ofis
Tələblərə cavab verdiyiniz təqdirdə,     CV-nizi : hr@aiic.az elektron poçt ünvanına mövzu yerinə "Mühasib" yazaraq göndərə bilərsiniz. Son müraciət tarixi 10.01.2023