“Azərbaycan Sənaye Sığorta” ASC geniş beynəlxalq əlaqələrə malik peşəkar sığorta şirkətidir. Şirkətin müştərilərə qarşı siyasətinin əsasını hər bir riskə fərdi qaydada yanaşma təşkil edir.

Şirkətin təkrarsığorta fəaliyyətinin tələblərinə əsasən sığortalanan iri həcmli risklərin beynəlxalq bazarda və yüksək reytinqli şirkətlərdə təkrarsığortalanması təmin edilir. Risklər təkrarsığortalanarkən prosesin optimal şəkildə həyata keçirilməsinə, yəni minimum xərclərlə maksimum yüksək keyfiyyətli təkrarsığorta təminatının alınmasına çalışılır. Bu yanaşma metodu həm təkrarsığortaya ötürülən, həm də təkrarsığortaya qəbul edilən risklərə münasibətdə həyata keçirilir.

Hal hazırda şirkət dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ, Avropa, Asiya, Rusiya, MDB-də fəaliyyət göstərən təkrarsığorta və broker şirkətləri ilə əməkdaşlıq edir. Bu şirkətlərin arasında AIG, Lloyd's, ACE, Polish Re, Willis, MapfRe, Ergo, AXA, Inter Partner, XL, Scor, Swissre, Marsh kimi şirkətləri misal göstərə bilərik.

Sığorta və təkrarsığorta fəaliyyətində əsas məqsədimiz əməkdaşlıq etdiyimiz şirkətlər qarşısında şəffaf siyasət yürütməklə, risklər haqqında maksimum informasiyanın təmin edilməsilə onların etimadını daim yüksək saxlamaq və qarşılıqlı inamın təmin edilməsidir.