Bu sığorta növü ilə sığorta şəhadətnaməsində yazılmış ünvanda saxlanılan mal və əşyalara aşağıda göstərilən hadisələrin baş verməsi nətiсəsində oğurluq və ya oğurluğa təşəbbüsdən dəymiş maddi itki və ziyanlara təminat verirlir:
•   Qırma, oyuq açma, sökmə, dağıtma və zorla daxil olmaq;
•   Xüsusi alət, materialların və ya bədənin cevikliyinin sayəsində dırmanma və ya aşma yolu ilə daxil olmaq;
•   İtmiş, oğurlanmış və ya qeyri-qanuni yolla əldə edilmiş əsl açarla və ya saxta açarla, habelə başqa alətlə açmaq və ya kod yığma yolu ilə daxil olmaq;
•   Sığortalanmış yerlərə xəlvəti girib gizlənmək və ya qalmaq.
•   Öldürmə, yaralama, güc və təzyiqdən istifadə etməklə və ya məcbur etməklə daxil olmaq.
Sığorta təminatı sığorta şəhadətnaməsində yazılmaqla yuxarıda göstərilənlərdən biri və ya bir neçəsi üçün verilə bilər.