Fərdi qəza sığortası sığortalanan şəxsin məruz qalacağı bədbəxt hadisələrin nəticələrinə qarşı təminat verir. Bədbəxt hadisə dedikdə, şəxsin iradəsindən asılı olmayan, onun həyatına və sağlamlığına zərər vuran qəfil, əvvəlcədən görünməyən və təsadüfi hadisə başa düşülür. Bu cür hadisələr nəticəsində baş verən ölüm, əlillik və əmək qabiliyyətini müvəqqəti itirmə halları sığorta təminatına daxildir.