Şirkət haqqında xəbərlər

Kеçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına Azərbaycan Sənaye Sığorta ASC-nin nizamnamə kapitalı 11 000 000 manata çatdırıldı.
Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması məqsədilə təşkil edilmiş açıq tender başa çatmış və Tender Komissiyasının 20 avgust 2014-cü il tarixli qərarına əsasən nəqliyyat vasitələrinin CASCO sığortalanması üzrə Azərbaycan Sənayə Sığorta ASC açıq tenderin qalibi elan olunmuşdur.

Rekord ödəniş

15.05.2014
Azərbaycan Sənaye Sığorta Şirkəti Azərbaycan sığorta tarixinin ən böyük “İnşaat/Montaj Riskləri Sığortası” ödənişinə imza atmışdır.
Ödənişin ümumi həcmi 4 900 000 AZN olmuşdur.
2014-cü ilin birinci rübündə Azərbaycan Sənaye Sığorta ASC 2 170 423,13 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bu məbləğin 1 620 000,00 (75%) manatı inşaat-montaj sığorta növünün, 328 532,28 manatı (15%) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növünün, 86 409,02 (4%) manatı könüllü tibbi sığorta növünün, 67 239,97 (3%) manatı yük sığortası növünün, 28 009,80 (1%) manatı kənd təsərrüfatı bitkilərinin doludan sığorta növünün
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Sənaye Sığorta" Şirkətinə 2014-cü il 28 fevral tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.
14 fevral 2014-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə Azərbaycan Sənaye Sığorta ASC arasında tərəfdaşlıq müqaviləsi imzalanmışdır.
2013-cü ildə Azərbaycan Sənaye Sığorta ASC 2 811 317 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bu məbləğin 1 208 730 manatı (43%) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növünün, 843 300 manatı (30%) könüllü tibbi sığorta növünün, 506 000 manatı (18%) kənd təsərrüfatı bitkilərinin doludan sığorta növünün, 140 565 manatı (5%) avtonəqliyyat vasitələrinin kompleks sığortası növünün, 84 330 manatı (3%) yük sığortası növünün, yerdə qalan 28 392 manatı (1%) isə digər sığorta növlərinin payına düşür
2013–cü ilin dekabr ayının 29-da Azərbaycan Respublikası Kyokşinkaykan Karate İKO Matsuşima təşkilatı Prezident Kuboku keçirdi. Azərbaycan Sənaye Sığorta ASC həmin tədbirin sponsoru oldu.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətləri arasında təşkil olunmuş "Sığortaçılar Liqası - 2013" mövsümünə yekun vurulub
Oktyabrın 20-25 tarixlərində Almaniyanın Baden Baden şəhərində sığorta forumu keçirilib. Ənənəvi keçirilən sığorta forumuna dünyanın onlarla sığorta və təkrar sığorta şirkətləri qatılıb.
Toplantıda Azərbaycanı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX), Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA), İcbari Sığorta Bürosunun (İSB) və 15-ə qədər sığorta/təkrarsığorta şirkətlərinin rəhbərliyi və nümayəndələri təmsil edib