Azərbaycan Sənaye Sığorta ASC hər zaman müştərilərinə qayğı ilə yanaşmaqdadır. Hər bir müştərini yüksək keyfiyyət, xidmət mədəniyyəti və əlverişlilik amilləri ilə təmin etmək şirkətin əsas məqsədlərindəndir. Bu dəfə vətəndaşlara il boyu, istənilən hava şaraitində onların avtomobillərini qoruyacaq "HƏR FƏSİLDƏ KASKO" təklifi ilə sevindirdi. İstehsal ili 2005-ci ildən başlayan avtomobillərin KASKO sığortası üçün daha əlverişli şərtlər təklif edir. Avtomobiliniz üçün KASKO sığortası əldə etdiyiniz zaman azadolma məbləğləri, köhnəlmə əmsalının tətbiq edilib-edilməməsi (hadisə zamanı avtomobillərdə amortizasiya xərclərinin nəzərə alınıb-alınmaması) və təmir müəssisəsinin seçimi kimi opsiyalar müştərilərə təklif edilir. Müştəri özünə uyğun opsiya ilə KASKO sığortasını əldə edə bilər. Artıq tam seçim müştəriyə verilir!
Yeni KASKO təklifinin əsas üstünlüklərindən biri isə, Yol Nəqliyyat Hadisəsi baş verdiyi halda, günahkar tərəf Siz olmadığınız təqdirdə və hadisədə təqsirkar tərəf bəlli olduğu halda azadolma məbləği (zərərdən çıxılan məbləğ) tətbiq edilməyəcəkdir.
HƏR FƏSİLDƏ KASKO” ilə il boyu etibarlı əllərdə olacaqsız!
text