“Azərbaycan Sənaye Sığorta”ASC 2017-ci ilin mart ayında Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə ən böyük sığorta ödənişini həyata keçirib. Belə ki, Biləsüvar və Kürdəmir rayonlarında şaxta nəticəsində şəkər çuğunduru əkin sahələrinə ciddi ziyan dəyib. Şəkər çuğunduru əkilmiş sahələrə dəymiş zərər üçün ümümilikdə fermərlərə 604 267 manat sığorta ödənişi həyata keçirilib. Məlumat üçün bildirək ki, fevral ayında Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, İmişli, Samux, Tovuz, Tərtər rayonlarında şəkər çuğunduru əkin sahələrinə dolu nəticəsində dəymiş zərər üçün fermerlərə “Azərbaycan Sənaye Sığorta”ASC tərəfindən 205 392 manat sığorta ödənişi verilmişdir.