Martın 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin H.Əliyev Mərkəzində Azərbaycan Sənaye Sığorta" ASC və UNEC-in Karyera Mərkəzi ilə birgə layihəsi olan yazı müsabiqəsinin təltifetmə mərasimi keçirilmişdir.
Təltifetmə mərasimində ilk sözü UNEC-in Karyera Mərkəzinin rəhbəri F.Əliyev söyləyib, Azərbaycan Sənaye Sığorta" ASC ilə UNEC arasında sıx və davamlı münasibətlərin olduğunu qeyd etmişdir. Sonradan söz Azərbaycan Sənaye Sığorta" ASC-nin sədri U.Çağlara verilib, o belə bir yarışmanın keçirilməsindən çox məmnun olduğunu bildirmiş, tələbələrə uğurlarının bol olmasını arzulamışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin rektor köməkçisi R.Cabbarov UNEC rəhbərliyi adından bütün qonaqları salamlayıb, Maliyyə və Maliyyə Institutları kafedrasının müdiri i.e.d., prof. Ə.Ələkbərov da ürək sözlərini tədbir iştirakçılarına bildirmişdir.
06.02.2017-20.02.2017 tarixləri arasında həm tələbə, həm də magistrların iştirak etdiyi "Hansı səbəbdən vətəndaşlar özlərini siğortalamaqda maraqli deyillər? Bunu dəyişmək mümkündürmü? Necə?" mövzulu yazı müsabiqəsinə ümumilikdə 50 yazı təqdim edilmişdir. Komissiya üzvləri tərəfindən fərqli yanaşması olan səkkiz yazı seçilmişdir. Birinci yerə Abbaslı Cəlil, ikinci yerə Məmmədzadə Tükəzban və üçüncü yerə Nəsibova Gültəkin layiq görülmüşdür. Qalib səkkiz iştirakçıya Azərbaycan Sənaye Sığorta" ASC, “ASB” və “Azərçay”ın hədiyyələri təqdim edilmişdir. Qalib tələbələr UNEC və “Azərbaycan Sənaye Sığorta" ASC rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda “Azərçay” tədbir iştirakçılarını çay və şirniyyat süfrəsinə dəvət etdi və qalib iştirakçılarla xatirə şəkili çəkilmişdir.