20.02.2017-ci il tarixindən etibarən "Azərbaycan Sənaye Sığorta"ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən "Şəffaf vergi partnyorluğu statusu" əldə edib.
Bu statusa Azərbaycan Sənaye Sığorta ASC vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etdiyinə, vergiləri tam həcmdə və vaxtında ödədiyinə, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etdiyinə, gücləndirilmiş elektron imzaya sahib olduğuna, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun şəkildə apardığına görə layiq görülüb.
Partnyor vergi ödəyicisi statusu alan vergi ödəyicilərinə, ərazi məhdudiyyəti nəzərə alınmadan, “Yaşıl dəhliz prinsipi” əsasında xidmət göstəriləcək. Belə xidmətlərə videobağlantılar, Çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir.