“Azərbaycan Sənaye Sığorta”ASC 2017-ci ilin fevral ayında Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə son üç ilin ən böyük sığorta ödənişini həyata keçirib. Belə ki, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, İmişli, Samux, Tovuz, Tərtər rayonlarında şəkər çuğunduru əkin sahələrinə dolu nəticəsində ciddi ziyan dəyib. 62 (altmış iki) fermerin əkdiyi şəkər çuğundurunun 481 hektarlıq sahəsinə dəymiş zərər üçün ümümilikdə 205 392 manat sığorta ödənişi verilib. Məlumat üçün bildirək ki, artıq beş ildir ki, Şirkət Kənd təsərrüfatı bitkilərinin sığortası ilə məşğuldur. 2017-ci ildə də Kənd təsərrüfatı bitkilərinin sığortasında ciddi nəticələrə, irəliləyişlərə nail olmaq şirkətin əsas hədəflərindəndir.