Dekabr ayında "Global Brands Magazine" tərəfindən beynəlxalq mükafatlandırma tədbiri keçirilmişdir. Dünyanın ən tanınmış markalaşma mükafatları arasında yer alan Global Brands Magazine, 2016-cı il üçün ölkə üzrə "Azərbaycan Sənaye Sığorta" ASC-ni "Ən yaxşı Qeyri-Həyat Sığorta Şirkəti" elan etmişdir. 100 ölkədə bank və sərmayə bazarlarını əhatə edən Mükəmməllik Markası Mükafatlarında hakimlər, maliyyə sabitliyi və digər göstəricilərin standartlara uyğunluğunu qəbul edərək "Azərbaycan Sənaye Sığorta" ASC mükafat verib.

The Global Brands Magazine-nin mətbuat katibinin fikirlərinə görə: "Həlledici zamanda qəbul edilmiş güclü qərarlar, "Azərbaycan Sənaye Sığorta" şirkətinin qalib olmasına mühim rol oynamışdır. Şirkət Qeyri-Həyat Sığorta Şirkəti kimi diqqətdə ola bilər."

İllik Qlobal Brands Jurnalı mükafatları, ən yaxşı sinif markalarına verilir, Azərbaycan Sənaye Sığorta, ötən il mükəmməllik və marka meydana gətirmə fəaliyyətləri üçün bu mükafata layiq görülüb.

Global Marka mükafatlari haqqında

Global Brands Awards, performans sahəsindəki mükəmməllik və fərqli sektorlardakı şirkətləri mükafatlandırmaq məqsədiylə qurulmuşdur. Mükafat, Maliyyə, Təhsil, Qəbul xidmətləri, avtomobil, həyat tərzi və texnologiya sahələrində performans göstərən şirkətləri dəyərləndirir. Mükafat, eyni zamanda, müstəsna xidmət əhəmiyyətini müəyyənləşdirmək, fərqindəlik yaratmaq və son qlobal tanışlıq ilə performanslarını mükafatlandırmağı məqsəd qoyur.

www.globalbrandsmagazine.com/award-winners-2016/

Global Brands Jurnalı haqqında

Global Brands Jurnalı, dünyanın ən sevilən marka nəşrlərindən biridir. Tamamilə muxtar bir marka meydana gətirmə jurnalı olan Global Brands Jurnalı, sənaye daxilində vacib bir məlumat qaynağıdır. Jurnal, oxucuya dünyadakı qabaqda gələn markalar haqqında aktual xəbərlər, şərhlər, fikirlər ve sorğular təqdim edir. Ətraflı məlumatı göstərilən linkdən əldə etmək olar www.globalbrandsmagazine.com.