Kasko sığorta
Avtomobil ehtiyat hissələrinin bahalaşdığı dövrdə KASKO sığortasından yararlanmağın əsl zamanıdır. “Azərbaycan Sənaye Sığorta” ASC avtomobil sahiblərinə avtomobilin oğurluqdan, yanğından, yol qəzalarından, əşyaların düşməsindən və s. risklərdən KASKO sığortasını təklif edir.
Şirkət KASKO tariflərini endirdi və şərtlərini daha sərfəli etdi. Artıq Azərbaycan Sənaye Bankının EXTRA CARD kredit kart sahibləri sığorta haqqını 12 aya qədər faizsiz ödəyə bilərlər. Şirkət kredit kartı olmayanları da nəzərə alaraq, sığorta haqqının hissəli ödənilməsini hər kəsə təklif edir.
KASKO sığorta haqqı, əsasən avtomobilin marka və modelinə, bazar dəyərinə, istehsal ilinə, azadolma məbləğinə görə hesablanır. Şərtsiz azadolma məbləği (Franşiza) - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta müqaviləsi ilə təminat verilməyən və sığortalının üzərində qalan hissəsidir, yəni avtomobilin zərər görməsi halında müqavilədə qeyd edilən azadolma məbləği sığortalı tərəfdən ödənilir.
Məsələn, bazar qiyməti 40 000 manat olan 2014-cü il model 2.4 l mühərrikli “Hyundai Santa Fe” avtomobilinin kasko sığortası əvvəlki şərtlərlə 1200 manat təşkil edirdisə, hazırda avtomobil sahibi 1040 manata əldə edə bilər. Sığorta haqqını 12 hissəyə ödəmək imkanı da yaradılır.

KASKO SIĞORTASI ALANDA DİQQƏT EDƏCƏYİMİZ AMİLLƏR:
• Əgər nəqliyyat vasitəsi tam yararsız hala düşərsə, sığorta şirkəti avtomobilin dəyərinin neçə faizi məbləğində sığorta verəcək;
• Sığorta hadisəsi baş verən zaman azad olma (Franşiza) məbləği nə qədər olacaq;
• Sığorta müqaviləsində nəzərdə tutulan istisnalar nələrdir (nəqaliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmək, içkili olmaq və s.)

Həftə içi: 09:00-18:00
Tel.: 404 13 03 (daxili 2831,2832)
e-mail: casco@aiic.az