2015-cü ilin birinci rübündə Azərbaycan Sənaye Sığorta ASC 1 109 392,95 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bu məbləğin 654 742,67 (59%) manatı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 188 073 (17%) könüllü tibbi sığorta, 127 630 (12%) əmlak sığortası, 60 741,00 (5%) kənd təsərrüfatı bitkilərinin doludan sığortası, 35 364,00 (3%) yük sığortası, 21 669,00 (2%) avtonəqliyyat vasitələrinin kompleks sığortası və 21 173 (2%)manatı isə digər sığorta siniflərinin payına düşür.