Bu təminat üçüncü şəxslərin iddiasından qorunmaq məqsədi ilə yaradılmışdır. Sığortalıların öz həyatına, sağlamlığına və əmlakına vurduğu ziyan bu sığorta təminatına daxil deyil. Lakin onların başqasının səhhətinə və əmlakına vurduğu ziyan sığortalanır.
Sığortalı hüquqi şəхsdirsə, sığortalının işçilərinin, vəzifəli şəхslərinin, həmçinin etibаrnаmə və vəzifə təlimаtlаrınа əsаsən оnun аdındаn çıхış edən digər şəхslərin hərəkətləri də sığortalının hərəkətlərinə аid edilir.
Mülki məsuliyyət, məhsul məsuliyyəti və peşəkar fəaliyyətdən doğan məsuliyyət sığortası üçüncü şəxslər qarşısında məsuliyyət sığortasına daxildir.