Sağlamlıq hər bir insan üçün ən dəyərli nemətdir. Lakin, hər kəsin gözləmədiyi halda sağlamlığının pozulması (travma, xəsətlik və s.) baş verə bilər. Bu zaman tibbi xidmətə, yəni müayinə və müalicəyə ehtiyac yaranır. Həmçinin, xəstəliyin yaratdığı mənfi əhval-ruhiyyə və əmək qabiliyyətinin düşməsi ilə yanaşı tibbi xərclər də insanların büdcəsi üçün əlavə yükə çevrilir. Könüllü tibbi sığorta – tibbi xidmətlər üzrə yarana biləcək bu kimi hesablanmamış xərclərin etibarlı həll üsuludur.

Şirkətimiz Könüllü Tibbi Sığorta üzrə etibarlı partnyordur. Ən sadədən ən geniş əhatəli sığorta proqramlarımız ilə tibbi xidmət təklif edirik. Buraya daxildir:
– Təcili və təxirəsalınmaz tibbi yardım (7/24),
– Ambulator-poliklinik yardım,
– Stasionar yardım,
– Stomatoloji yardım,
– Doğuş və doğuşa yardım,
– Dərman təminatı,
– Profilaktik-tibbi müayinə (Chek-Up),
– Vaksinasiya,
– Vitaminizasiya.

Şirkətimizdə təcrübəli həkimlər tərəfindən təşkil olunmuş və müasir avadanlıqlarla təchiz edilmiş Call Center (çağrı mərkəzi) 7/24 xidmətinizdədir. Müasir standardlara cavab verən tibb müəssisələri və həkim personalı ilə əməkdaşlıq edirik. Fəaliyyətimiz ərzində qazanlmış təcrübəmizə istinad edərək, müştəri məmnuniyyətinə və ədalət prinsiplərinə yönəlmiş xidmət verməyi üstün tuturuq.

“Azərbayvan Sənaye Sığorta” ASC 02 sentyabr 1996-cı il tarixində fəaliyyətə başlamışdır.
Maliyyə Nazirliyinin müvafiq əmri ilə 02.04.2012-ci tarixdə sığorta fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.