Bu sığorta növünə əsasən sığortaçı sığortalının və ya onun işçisinin öz peşə fəaliyyətini yerinə yetirərkən üçüncü şəxslərin əmlak mənafelərinə vurulan zərərlə bağlı olan (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) xərclərin əvəzinin zərərçəkən üçüncü şəxslərə və ya onların varislərinə ödənilməsi ilə əlaqədar sığortalının öhdəlikləri üzrə sığorta müqaviləsində göstərilən həcmdə və qaydada sığorta ödənişinin həyata keçirməsinə təminat verir, eləcə də sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalının və ya onun işçisinin öz peşə fəaliyyətini yerinə yetirərkən üçüncü şəxslərə dəymiş, lakin sığortanın qüvvədə olduğu müddət başa çatdıqdan sonra aşkar edilmiş zərərlərə də sığorta təminatı verilir.