Bu sığorta ilə sığortalı tərəfindən yüklərin daşınması və ya müşayiət edilməsi zamanı təsadüfi və gözlənilməyən hadisənin baş verməsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyməsinə görə sığortalının mülki məsuliyyətinin yaranması sığorta hadisəsi hesab olunur və bu zaman dəyən zərərlər sığorta şirkəti tərəfindən müəyyən edilmiş limitlər çərçivəsində ödənilir.