İcbari sığorta - Dövlətin sosial siyasəti baxımından əhəmiyyətli hesab edilən sahələrdə insanlara dəyə biləcək maddi və fiziki zərərlərlə bağlı maliyyə risklərinin azaldılması məqsədilə müəyyən risklərin sığorta etdirilməsinin qanunla tələb olunduğu, əsas qayda və şərtlərinin qanunvericiliklə müəyyən edildiyi sığorta.
Məcburiliyi, habelə, əsas şərtləri qanunvericilikdə nəzərdə tutulan sığorta növləri icbari sığortalar hesab edilir.