Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Qanun Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərən fiziki və hüquqi şəxslərin auditin subyekti qarşısında mülki məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri tənzimləyir, onun təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Auditorun mülki məsuliyyətini yaradan sığorta hadisəsi halları aşağıdakılardır:

• auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərinin pozulması;
• mühasibat (maliyyə) və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;
• aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;
• işlərin keyfiyyətsiz görülməsi və (və ya) yerinə yetirilməsi müddətinə riayət edilməməsi;
• məxfilik prinsipinin pozulması.