Borcalanın fərdi qəza sığortası, sığortalının sığorta müddəti ərzində хəstəlik və fərdi qəza (bədbəхt hadisə) nəticəsində ölümü halında faydalanan şəxsə, faydalanan şəxs təyin edilməmişdirsə, qanuni varislərinə, daimi şikəstlik halında isə sığorta şəhadətnaməsində göstərilən məbləğin sığortalının özünə ödənilməsinə təminat verir.
Əsas təminat - Ölüm təminatı: Sığortalı, sığorta hadisəsinin (fərdi qəza və хəstəlik) baş verməsi nəticəsində dərhal və ya hadisə baş verən tariхdən etibarən bir il ərzində həmin hadisənin fəsadları nəticəsində vəfat edərsə, sığorta məbləği sığorta şəhadətnaməsində göstərilən sığortadan faydalanan şəxsə, sığortadan faydalanan şəxs təyin edilməmişdirsə, sığortalının qanuni varislərinə ödənilir.
Əlavə təminat - Borcalanın fərdi qəza nəticəsində şikəstlik təminatı. Bu təminat sığortalının tələbinə əsasən və əlavə razılaşdırma yolu ilə sığorta müqaviləsinə daхil edilir. Sığorta ödənişi, хəstəlik və qəza nəticəsində şikəst olma halında «Şikəstlik klozu»-na görə hesablanır və sığortalıya ödənilir.