Bu sığorta əsasında bank əmlakının, eləcə də əmlakın itirilməsi ilə əlaqədar risklərin (müştərilər tərəfindən banka verilən pul vəsaitlərinin və bankın digər əmlak) sığortasını həyata keçirir.
Bu sığortaya əsasən sığortaçı sığorta müqaviləsində qeyd olunması şərti ilə aşağıda göstərilən sığorta hadisələri ilə əlaqədar sığorta ödənişi verməyə təminat verir:
–     İşçilərin dələduz hərəkətləri
–     Bankın seyflərində nağd pulun və qızılın saxlanılması üzrə
–     Tranzit
–     Saxtalaşdırılmış bank çekləri
–     Saxtalaşdırılmış qiymətli kağızlar
–     Saxtalaşdırılmış valyuta
–     Ofis və içindəkilər
–     ATM-lərdə olan pullar üzrə
–     Elektron sistemlərə zorakı təsir nəticəsində itkilər
–     Elektron kompüter proqramlarına zorakı təsir nəticəsində itkilər
–     Elektron məlumat bazasına zorakı təsir nəticəsində itkilər
–     Kompüter virusları nətıcəsində itkilər
–     Telefaksimil, teleks, TVX və ya oxşar əlaqə növləri ilə saxtalaşdırılmış göstərişlər sayəsində itkilər
–     Saxtalaşdırılmış elektron ötürmələr nəticəsində məsüliyyətlər
–     Elektron qiymətli kağızlar (və ya qiymətli kağızların electron sistemlər vasitəsi ilə əldə edilməsi)
–     Saxtalaşdırılmış şifahi göstərişlər nəticəsində itkilər