Bu sığorta ilə banklarda istehlak krediti əldə edən şəxsin/borc alanın vəfatı və əmək qabiliyyətini tam və daimi itirməsi ilə bağlı bankla bağlanmış kredit müqaviləsinə əsasən borcunun tam və ya qismən geri qaytarmaması nəticəsində onun kredtit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi sığorta hadisəsi hesab edilir. Bu zaman kredit müqaviləsinə əsasən hadisə baş verən dövrdə borc alanın bank qarşısında faizlər daxil olmaqla qalıq kredit borcu sığorta şirkəti tərəfindən banka ödənilir.